
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, ŞKTC Prezidentinin saytında yer alan açıqlamada Ersin Tatar bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycandakı tədbirlərdə dalğalancağını açıqlamasından məmnuniyyət duydum. Aralıq dənizinin şərqində bir türk dövləti olan ŞKTC varlığını bir millət, üç dövlət anlayışı ilə davam etdirir. Azərbaycan ilə aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissələri olaraq münasibətlərimizin davamlı inkişafı ən böyük arzumdur”.
Ersin Tatar açıqlamasında Prezident İlham Əliyevə bir daha təşəkkürünü ifadə edib, qardaşlıq və əməkdaşlığın sonsuza qədər davam etməsini diləyib.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









