Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 70 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 819 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 50 nəfər müalicə olunaraq sağalıb, 9 min 886 nəfər vəfat edib. Aktiv xəstə sayı 1652 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1788, bu günə qədər isə ümumilikdə 7 milyon 217 min 551 test icra olunub.