ABŞ-ın Konnektikut ştatındakı erməni lobbisinin göstərişi ilə yerli Nümayəndələr Palatasının üzvləri Edvin Varqas və Uilyam Peti Ermənistan tərəfindən işğal edilmiş Xankəndidə qurulan qeyri-qanuni separatçı rejimin qalıqlarını, qondarma “Artsax respublikası”nı tanımağa çağıran 00009 saylı qərar layihəsini sözügedən quruma təqdim ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, buna etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib.
Məktubda bildirilir ki, qanun layihəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri yanlış şəkildə təqdim edir. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, beynəlxalq qanunlara, eləcə də ABŞ-ın milli maraqlarına və xarici siyasətinə zidd olaraq “Artsax” adlı separatçı rejimin qeyri-qanuni fəaliyyətini təşviq etdiyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun 2020-ci ilin noyabrında məğlub olması və kapitulyasiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, erməni lobbisi hələ də öz simasını qorumaq və donorlarından aldıqları ianələri doğrultmaq ümidi ilə ABŞ-ın qanunverici orqanlarında qərəzli çıxışlar edirlər.
USAN soydaşlarımızı Konnektikut ştatının Nümayəndələr Palatasına məktublar ünvanlamaqla seçdikləri şəxslərə ətraflı məlumat verməyə və bu qanun layihəsini pisləməyə çağırıb.
Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq olar:
https://www.votervoice.net/AZERI/Campaigns/79895/Respond?vvsn=BTcAAgENACXgTAkzWqX7BAA
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










