Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verdi.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor “SUEZ Group”un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.
Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











