
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” adlı ikinci panel sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyada dezinformasiyaya qarşı davamlı cəmiyyətin formalaşdırılması istiqamətində strategiya və təşəbbüslər, dezinformasiya təhdidinin aradan qaldırılması məqsədilə qlobal miqyasda daha davamlı onlayn media ekosisteminin qurulması, dezinformasiyanın yayılmasının müxtəlif media platformaları və növlərindən asılılığı, medianın dezinformasiyanın qarşısının alınmasında necə daha fəal rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











