
Dekabrın 21-i səhərədək Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, qərb küləyinin arabir 15-18 metr/saniyəyədək güclənəcəyi, çovğun, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Dekabrın 21-i gündüz, 22-də havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 20-də arabir qar yağacağı gözlənilir. Bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 15-18 metrədək güclənəcək. Havanın temperaturunun gündüz 3-7° şaxta, axşam 9°-dək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 3-8 metr təşkil edəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 3-8° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.
Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb










