Qarabağın incisi – Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında qəbul olunub. İclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi “Gənclər paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova iştirak ediblər.
İclasdan sonra mediaya açıqlama verən Fərhad Hacıyev İstanbulda başlayan bu layihə çərçivəsində onuncu “Gənclər paytaxtı” kimi Şuşanın seçilməsinin qürurverici olduğunu deyib. Bildirilib ki, bu layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. Müxtəlif ölkələrdən gənclər gələn il təşkil ediləcək tədbirlərdə iştirak edəcək, tarixi Şuşa şəhərimiz və şuşalı gənclərimizlə yaxından tanış olacaqlar.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










