
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start verilib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar. Bu musiqi bayramının əsas məqsədlərindən biri məhz mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Tədbirdə korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.
Müxbir – Gülay Nəzərova
Fotomüxbir – Azər İbrahimov
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











