Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışmaları üçün hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə tədris keçən 764 nəfərdən 560-sı tibbi təhsilə yiyələnib. Onların 384-ü rezidentura, 173-ü baza ali tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri isə doktorantura təhsili alıb. Həmkarlarımızın Azərbaycanda çalışmaları üçün çox gözəl şərait yaradılıb. “Arzu edirəm ki, gənclərimiz bu üç aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər”, – o əlavə edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










