Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.
Əli Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










