
Bakı Türkologiya Qurultayı təkcə alimlərin geniş bir toplantısı deyildi, eyni zamanda bu gün şahidi olduğumuz Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi və intellektual bir mərhələ idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omüraliyev V Antalya Diplomatiya Forumu çərçvəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzulu panel iclasda çıxışı zamanı bildirib.
O bildirib ki, bu qurultay həm elmi, həm də praktik səviyyədə birlik ideyasını təşviq edən ilk platforma olmuşdur. Bu baxımdan, İsmayıl bəy tərəfindən irəli sürülən “dildə, fikirdə və əməldə birlik” prinsipi bu gün də aktuallığını qoruyan əsas istiqamətləndirici ideyalardan biridir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










