
Hər sahədə getdikcə daha da inkişaf edən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə olduqca mühüm addımlar atmaqdadır. Azərbaycanda bütün sahələrdə ciddi inkişaf var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ifadə edib.
O, artıq Azərbaycanla daha çox inkişaf proqramları çərçivəsində əməkdaşlıq etməyin zəruriliyini bildirib: “Azərbaycan bizim üçün qardaş ölkədir. TİKA olaraq Azərbaycanın rifahı üçün dəstək göstərə biləcəyimiz hər sahədə qardaşlarımızın yanındayıq. Hazırda Mərdəkan qalası ilə bağlı birgə layihəmiz var. Əməkdaşlığımız və qarşılıqlı dəstək gələcəkdə də davam etdirilməlidir”.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










