
ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və onun həyat yoldaşının hazırda ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorkda aparılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.
O, cütlüyün hazırda ABŞ-ın “İvo Jima” hərbi gəmisində olduğunu təsdiqləyib. Tramp onların helikopterlə ölkədən çıxarıldığını açıqlayıb.
Donald Tramp Venesuela Prezidentinin ələ keçirilməsini hərbi generallarla birlikdə Mar-a-Laqodakı iqamətgahında real vaxt rejimində izlədiyini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










