Ankara ikitərəfli münasibətlərin normallaşdırılması məsələsində Ermənistandan konkret addımlar gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində deyib.
“Biz hələ Ermənistandan konkret addımlar görməmişik. Artıq Nikol Paşinyanın rəhbərlik etdiyi administrasiya bu istiqamətdə müsbət addımlar atmalıdır”, – deyə Mövlud Çavuşoğlu bildirib.
İyulun 1-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Vyanada keçirilən görüşündə üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən keçmək imkanının tez bir zamanda təmin edilməsi və iki ölkə arasında yüklərin hava yolu ilə daşınmasına başlanması qərara alınıb.
Bu iki dövlətin ümumi sərhədə malik olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, sonradan bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv edib. 2021-ci ildə hər iki ölkədə ikitərəfli münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin edilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









