
Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızın əlamətdar gününü təbrik edirik.
AZƏRTAC xəbər verir ki, bu təbrik mesajı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkə hesabında edilən paylaşımda öz əksini tapıb.
“Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümünü təbrik edir, bütün şəhid və qazilərimizi rəhmət və ehtiramla yad edirik”, – deyə təbrik mesajında vurğulanır. Həmçinin Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olduğu xatırladılır.
Mətnin sonunda Azərbaycan və Türkiyənin dövlət bayraqları, Qafqaz İslam Ordusuna aid foto paylaşılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










