
Türkiyə İrana 48 ton humanitar yardım yüklənmiş dörd yük avtomobili göndərib.
AZƏRTAC xəbər verir ki, yüklərin yola salınması mərasimi Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Fatma Meriç Yılmazın iştirakı ilə “Ankara Kızılay” logistika mərkəzində keçirilib.
Onun sözlərinə görə, yük İran tərəfinin müraciəti əsasında qısa müddətdə formalaşdırılıb.
“Ankarada eskalasiyanın ilk günündən etibarən regionun mülki əhalisinə yardım göstərmək, humanitar yardıma olan tələbatı qarşılamaq məqsədilə İran və Livanın Qızıl Aypara cəmiyyətləri ilə əlaqə saxlayırıq”, – deyə o bildirib.
Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri qeyd edib ki, martın əvvəlindən etibarən İranın 90 milyonluq əhalisinin 3,6 faizi evlərini tərk etmək məcburiyyətində qalıb: “62 min ev və 20 mindən çox kommersiya obyekti dağılıb. Mülki əhali arasında ölənlər və yaralananlar var. İrana göndərilən 48 tonluq humanitar yardım yükü yalnız başlanğıcdır”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










