Türkiyə silahlı qüvvələri BMT sülhməramlılarının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Çayhan-Düzü rayonunu adanın bufer zonasının bir hissəsi elan etməsinin qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, Çayhan-Düzündə Türkiyə bayrağı qaldırılıb və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi ərazi üzərində uçuşlar həyata keçirib.
Şimali Kipr Xarici İşlər Nazirliyi BMT sülhməramlılarının hərəkətlərini qətiyyətlə pisləyərək onları “qəbuledilməz” adlandırıb.
ŞKTC Prezidenti Tufan Erhürman bildirib: “Lefkoşa heç vaxt gərginliyin tərəfdarı olmayıb və olmayacaq”. Şimali Kiprin Baş naziri Ünal Üstel isə bəyan edib ki, ölkənin sərhədlərini qorumaq üçün qətiyyətli tədbirlər davam edəcək.
Bu arada, Ankara BMT sülhməramlılarını türk xalqının gözündə nüfuzlarını bərpa etməyə və neytral davranmağa çağırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










