
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmək üçün soyqırımı və terror aktlarından istifadə etməklə dinc əhaliyə qarşı amansız cinayətlər törədib. Bu cinayətlərə göz yuman, baş verənləri sükutla qarşılayan tərəflər bu və ya digər formada Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “A haber” telekanalında yayımlanan “Qərbin törətdiyi soyqırımılar” sərlövhəli sənədli-tarixi reportajda ifadə olunub.
İşğalçılıq siyasətləri, istismarçılıq, soyqırımı və deportasiyalar reportajda qitələr və bölgələr üzrə ayrı-ayrılıqda təhlil olunub. Reportajın Ermənistanın bəşəri cinayətlərinə aid olan hissəsində Xocalı soyqırımına xüsusi yer ayrılıb. Şahid ifadələri, Xocalı soyqırımı zamanı lentə köçürülən orijinal foto və videolar əsasında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayətlər tamaşaçılara təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










