Ukraynanın Gordon.ua saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair “Unudulmaz ağrı-Xocalıda günahsız qurbanların xatirəsi” sərlövhəli məqaləsi yayılıb. AZƏRTAC xəbər verir ki, müəllif məqalədə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının artıq dünya ölkələri tərəfindən tanındığını qeyd edərək, insanlığa qarşı törədilən vəhşiliyin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb.

“Xocalıda əhaliyə qarşı törədilən kütləvi qətlin əsas ideoloqlarından olan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində hər şeyi etiraf edib. O deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”, – deyə məqalədə bildirilir.
Müəllif daha sonra vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











