
Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir. Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, musiqisinin, rəqslərinin nümayiş etdirildiyi çıxışlar bu ölkədə dini və etnik tolerantlığın necə yüksək səviyyədə qorunmasına dair mühüm ismarıcdır.
Ukraynalı alim, tarix elmləri namizədi Oleq Kupçik bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, qədim Şuşa şəhəri Qarabağ xanlığının paytaxtıdır. Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, məsələn şair Molla Pənah Vaqif və rəssam Mir Möhsün Nəvvab burada yaradıcılıqla məşğul olublar. Lakin bu torpağa əsl şöhrəti Şuşa muğam məktəbi gətirib. Azərbaycanın ənənəvi musiqi janrı olan muğam Qarabağ azərbaycanlılarının faciəli tarixini, onların istilaya qarşı şücaətli mübarizəsini poetik ifa tərzi ilə dinləyicilərə çatdırır, onları Azərbaycanın əsas mədəni və mənəvi dəyərləri ilə tanış edir.
Oleq Kupçik daha sonra deyib: “Şuşa şəhərinin Ukrayna-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət kəsb etməsi təqdirəlayiqdir. “Azərbaycanın Ukraynada Komissarlığı”nın komissarı və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Ukraynada ilk rəsmi nümayəndəsi Cəlil Sadıxov, həmçinin AXC-nin Ukraynada səfiri (1919-cu il) Yusif Vəzir Çəmənzəminli məhz “daim oxuyan şəhər” ab-havasında boy atıb, tərbiyə almışlar”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









