
Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını istənilən an azad etməyə qadirdir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı daxili auditoriyaya hesablanmış bir addımdır.
Bu fikirləri ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov AZƏRTAC-a məxsusi açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində nüfuzu aşağı düşdüyündən o, əhalinin diqqətini münaqişəyə yönəltmək, bununla da hakimiyyətini qorumaq istəyir.
“Bu gün Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu var. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları azad etməyə hər an hazırdır”, – deyə ukraynalı hərbçi əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










