
Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Hazırkı pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub. Səfir Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik ənənələri, müəyyən etdiyi uzaqgörən siyasəti və atdığı müdrik addımların bu gün bu tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qeyd edib. E.Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Ulu Öndərin bu arzusunu bu gün Prezident İlham Əliyevin reallaşdırdığını bildirib. Səfir əlavə edib ki, bu gün torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının böyük qələbəsidir və bu qələbə Ulu Öndərin də ruhunu şad edib.
Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









