
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində nazirliyin nəzdindəki bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.
Qastrol proqramı çərçivəsində 2025-ci ildə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin dekabrın 1-də Sumqayıt şəhəri “Kimyaçı” Mədəniyyət Sarayında, dekabrın 27-də isə Şamaxı Rayon Mədəniyyət Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin solistləri — xanəndə və instrumental ifaçıların dekabrın 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində, Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dekabrın 6-da Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində, Cahangir Cahangirov adına Xor kollektivinin isə dekabrın 26-da Quba Rayon Mədəniyyət Mərkəzində çıxışları baş tutacaq. 2026-cı ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin yanvarın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










