
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” adları, müxtəlif orden və medallarla təltif olunurlar.
AZƏRTAC xəbər verir ki, bu təltiflər Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Dekabrın 9-dan 26-dək dövlətimizin başçısının sərəncamları ilə 3 hərbi qulluqçu “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adları, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Həmçinin 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 522 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 955 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunublar. İndiyədək təltif olunanların ümumi sayı 49 858-dir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması davam etdiriləcək.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











