
Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə çəkilişlər aparıb, orada xidmət edən Vətən müharibəsi iştirakçılarından müsahibələr götürüblər.
Hərbi qulluqçular 44 günlük müharibə ərzində icra olunan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.
Media-turlar çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də yaxından tanış olublar.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










