Rusiya Prezidenti Vladimir Putin martın 27-də videokonfrans vasitəsilə Dərbənddə binası yeni təmirdən çıxmış Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib və mərasimin Beynəlxalq Teatr Gününə təsadüf etdiyini qeyd edib. Onun sözlərinə görə, söhbət, tarixi XIX əsrdən başlayan tarixi teatrdan gedir.
Peskov vurğulayıb ki, Dərbənddə Azərbaycandan qonaqlar gözlənilir, onlar yenilənmiş mədəniyyət obyektinin açılışına həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










