
Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında şəhər və ərazi planlaşdırması, davamlı inkişaf sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda baş tutub.
TDT-nin üzvü olan dövlətlərin müşahidəçilərinin birgə şəhərləşməni davam etdirməsi üçün hökumətlərdən, bələdiyyələrdən, özəl sektordan, elmdən və vətəndaş cəmiyyətindən yüksəksəviyyəli nümayəndələrin bir araya gəldiyi tədbirdə həmin regionda urbanizasiya məsələsi və əsas şəhər problemlərini həlli istiqamətində müzakirələr aparılır.
Fotoqraf – Azər İbrahimov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










