
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xüsusi interaktiv stendi qurulub.
AZƏRTAC xəbər verir ki, üzərində “FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” yazılmış stend beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Stenddə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, idmanın kütləviliyi, sağlam gənclik və inklüzivlik ideyaları ön plana çıxarılıb.
Xüsusi yaşıl örtüklə bəzədilmiş interaktiv zonada quraşdırılan mini qapıya penalti zərbələrinin endirilməsi üçün şərait yaradılıb ki, bu da xarici nümayəndələrin və qonaqların marağına səbəb olub. Forum iştirakçıları stendə yaxınlaşaraq həm futbol sahəsindəki layihələrlə tanış olur, həm də interaktiv idman oyunlarında aktiv iştirak edirlər.
Qeyd edək ki, futbol üzrə U-20 dünya çempionatı gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.
Müxbir – Cavid Əliyev
Fotoqraf – İlqar Cəfərov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










