
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik” mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir.
AZƏRTAC xəbər verir ki, assambleya şəhər merlərini, qubernatorları, regional liderləri və qlobal tərəfdaşları bir araya gətirərək, yerli və regional hökumətlərin çoxtərəfliliyin və dayanıqlı şəhər inkişafının gələcəyinin formalaşdırılmasında əsas aktorlar kimi kollektiv səsini bir daha təsdiqləyəcək yüksəksəviyyəli siyasi platformadır.
İcmalara ən yaxın idarəetmə səviyyəsi olaraq yerli və regional hökumətlər Yeni Şəhərsalma Proqramının növbəti onillikdə həyata keçirilməsinə rəhbərlik etməkdə əvəzsiz rol oynayır. Onlar qlobal öhdəlikləri insanların gündəlik həyatını birbaşa dəyişən yerli transformasiyalara çevirirlər.
Transformativ təcrübələri həyata keçirən qabaqcıl yerli liderlərin çıxışları dinlənilir və bu təcrübələrin qlobal miqyasda sistemli islahatlara və investisiya modellərinə necə təsir göstərə biləcəyi müzakirə edilir.
Assambleya yerli demokratiyanı, hökumətlərarası həmrəyliyi və çoxsəviyyəli əməkdaşlığı insanlar və planet üçün işləyən yenilənmiş sosial müqavilənin əsas dayaqları kimi bir daha təsdiqləyən mühüm siyasi yaxınlaşma məqamı olacaq.
Assambleya, həmçinin iqlim, inkişafın maliyyələşdirilməsi və lokalizasiya üzrə davam edən qlobal proseslərə, o cümlədən Yüksək Səviyyəli Siyasi Forum və sonrakı mərhələlərə hazırlıqlara töhfə verəcək.
Müxbirlər – Göyçək Mahmudlu, Vüqar Seyidov
Fotoqraf – Əziz Kərimov
Videooperator – Mir Rəsul Cəfərov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










