Yanvarın 10-u saat 12:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Qax, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 15-18, Beyləqanda 22, Naftalan, Balakən, Zaqatalada 18, Mingəçevirdə 17, Biləsuvarda 16 metrə çatır. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°, Aran rayonlarında 5°, dağlıq rayonlarda 2°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5-7° isti, yüksək dağlıq ərazilərdə isə 7°-dək şaxta qeydə alınıb.
















Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub VIDEO









