
Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950, на армянском языке).
Xaçatur Abovyan: “… xalq [erməni] çoxlu miqdarda türk sözləri öyrənib və bu günədək onları işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, стр.48, Ереван, Изд. АН Арм.1950, на армянском языке)
Xaçatur Abovyan: “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb… bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, на армянском языке).
Xaçatur Abovyan: “Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir…”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, стр.80-81, на армянском языке).
Xaçatur Abovyan: “…öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar [Azərbaycan] dili başqa dillər arasında ən yaxşısıdır”. (Х.Абовян, «Полное собрание сочинений», V том, Ереван, 1950, стр.174, на армянском языке).
Xaçatur Abovyan: “Türkcə [Azərbaycan dili] bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə [azərbaycanca] səslənir”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, стр.41, 42)
Xaçatur Abovyan: “Yeni və qədim dillərin [erməni] əsas fərqi danışıq tərzində və sintaktik quruluşundadır. Bu nöqteyi-nəzərdən qədim erməni dili (“qrabar”) Avropa dillərinə oxşayır, yeni erməni dili (“aşxarabar”) isə türk [Azərbaycan] dilinə oxşayır”. (Х.Абовян, Нахашавиг, Ереван, 1940, на армянском языке).
Xaçatur Abovyan: “Türk [Azərbaycan] dili bizdə o qədər yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar başa düşürlər. Ona görə də xalq içərisindən çıxmış istedadlar arasında tatar [Azərbaycan] dilində şerlər yaradılması və oxunması adi hala çevrilmişdir”. (Х.Абовян. Нахашавиг. Ереван, 1940, стр.48, на армянском языке).
Kamran İmanovun «Армянские ина(о)родные сказки», Bakı, 2008 və İsrafil Abbaslının «Азербайджанские истины в армянских источниках», Bakı, 2008, kitablarından istifadə olunub
05.01.2015
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











