
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhər Kərkicahan qəsəbə 1 nömrəli, Ağdam rayon Xıdırlı və Xocalı rayon Ballıca kənd körpələr evi-uşaq bağçasında tədris prosesinə başlanılıb. Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər ilk dəfə olaraq bərpa edilib və şagirdlər müasir təhsil şəraitində tədrisə cəlb olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrində dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











