
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində iyulun 13-dən 19-dək Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, işğaldan azad olunmuş bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










