Qarabağ Universitetində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn “Yaradan” sənədli filminin təqdimatı olub. Ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ssenari müəllifi Ayaz Mirzəyev çıxış edərək, filmin ideyası barədə məlumat verib. Bildirib ki, film Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan bərpa-quruculuq işlərini və bu torpaqlarda həyatın yenidən bərpa olunmasını tamaşaçılara çatdırmaq məqsədilə hazırlanıb. “Yaradan” filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini göstərir.
Sonra dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi adlandırılan “Yaradan” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra ssenari müəllifi Ayaz Mirzəyev Qarabağın və Şərqi Zəngəzurun abidələrindən bəhs edən kitabları Qarabağ Universitetinin kitabxanasına hədiyyə edib.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











