
İrandan xarici diplomatların təxliyəsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 nümayəndəsi, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Xarici diplomatların təxliyəsi mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, bir qədər əvvəl Macarıstanın İrandakı səfiri və səfirliyin 8 əməkdaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.
Müxbir – İlkin Adıyev
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










