Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Badara kəndinə 16 ailə – 59 nəfər, Xanabad kəndinə 10 ailə – 46 nəfər, Təzəbinə kəndinə 3 ailə – 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə – 25 nəfər köçürülür.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











