
Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyimizin və Dubay şəhərindəki baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.
Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.
“Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir”, – deyə nazirliyin məlumatında bildirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










