Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu

1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu. Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhrəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi.





















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










