
Oktyabrın 4-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda keçiriləcək respublika gənclər konfransına məqalə qəbulu davam edir.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, məruzə tezisləri avqustun 1-dək qəbul ediləcək. Konfrans haqqında daha ətraflı məlumat və məruzə tezislərinin tərtibi qaydaları ilə muzeyin saytında tanış olmaq mümkündür.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53. Tel.: (+994 12) 492 38 27
E-mail: [email protected]
Konfransdan sonra onun materialları PDF formatında muzeyin saytında yerləşdiriləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









