Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.
Velosipedçilər Qəbələ-Ağdaş-Mingəçevir-Gəncə marşrutu üzrə 170 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın “Universe Cycling Team” klubunun üzvü Luk Şurmans olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov ikinci, Çinin “China Glory Continental” klubunun velosipedçisi Julien Trarieux üçüncü yerə layiq görülüblər.
Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









