Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə Misirin və Azərbaycanın mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə birgə işləməyin çox vacib olduğu vurğulanır.
Təbrik məktubunda deyilir: “Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.
Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə işləmək bizim üçün çox vacibdir”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










