
Qəbul imtahanları ərəfəsində abituriyentlərin və valideynlərin ən çox düşündüyü “Niyə məhz bu universitet?” və “Bu ali təhsil müəssisəsi mənə hansı imkanları təqdim edəcək?” suallarıdır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məhz bu suallara dolğun və rahat formada cavab vermək məqsədilə İqtisad Universiteti tərəfindən “SİZİN UNEC” adlı yeni rəqəmsal platforma istifadəyə verilib. Platformada abituriyentlər UNEC-in təhsil, təqaüd, karyera və beynəlxalq imkanları ilə rahat, vizual və cəlbedici formatda tanış ola bilərlər. Platformanın əsas üstünlüklərindən biri funksional və intuitiv dizaynıdır. Müxtəlif rənglərlə təqdim olunan interaktiv bölmələr vasitəsilə abituriyentlər maraqlandıqları mövzulara bir kliklə keçid edərək universitet haqqında ətraflı məlumat əldə edirlər.
“SİZİN UNEC” platformasında UNEC-in beynəlxalq reytinqlərdə qazandığı uğurlar, keyfiyyətli təhsil standartları və üstünlükləri, ikili diplom, beynəlxalq mübadilə, UDİD, Minor proqramları, daxili təqaüd imkanları, müasir kampus infrastrukturu, tələbələrin təhsil müddətində qazandıqları praktiki bacarıqlar, iş dünyası ilə əməkdaşlıq imkanları, eləcə də digər üstünlüklər barədə operativ məlumat əldə etmək mümkündür.
Platforma abituriyentlərə universitet seçimini real faktlar əsasında etmək imkanı yaradır.
Gələcəyini beynəlxalq standartlara cavab verən, innovativ və dinamik universitet mühitində qurmaq istəyən hər bir abituriyent “SİZİN UNEC” platformasında universitetin təqdim etdiyi geniş imkanlarla tanış ola bilər.
Platformaya keçid: https://sizin.unec.edu.az/
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










