
“Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Azərbaycana gələcəyəm”
“Terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər”.
APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
R. T. Ərdoğan deyib ki, dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq: “Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik”.
Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub: “Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxır”.
R. T. Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: “Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











