Bu ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyard 374,9 milyon manat vəsait daxil olub. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.
AZƏRTAC ARDNF-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində “Şahdəniz” yatağından (qaz və kondensat) daxil olan gəlirlər isə 3,3 faiz artaraq (qaz və kondensat) 437,1 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında AÇG yatağından 4 milyard 427,3 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat gəlir əldə edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











