Vətənim qürbətdə qalıb,
Bağlanıbdı yolum, Allah!
Vətən üçün kabab olub,
Ağızımda dilim, Allah!
O qasırğa, tufan nəydi?
Zərbələri bizə dəydi,
Fikir-xəyal, qəddim əydi,
Düzəlməyir belim, Allah!
Gözlərimə duman gəldi,
Dövranımız yaman gəldi,
Gör bir necə zaman gəldi:
Ərşə qalxdı zülm, Allah!
Yoxdu gecəm, nə gündüzüm,
Dərd ürəkdə düzüm-düzüm,
Nə bərk imiş mənim üzüm?
Qaçır məndən ölüm, Allah!
Yağı oldu gavır bizə,
Qazdı xəlvət qəbir bizə,
Daha vermə səbir bizə,
Qoy intiqam alım, Allah!
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










