Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
“Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə tam riayət edir”, – deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında xüsusi vurğulanıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










