
AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbiri açan akademik İsa Həbibbəyli qeyd edib ki, Qafqaz Albaniyası tarixinin öyrənilməsi, dilçilik, arxeologiya, əlyazmalar, süni intellekt, rəqəmsal inkişaf və digər bir çox sahələrdə birgə əməkdaşlıq üçün geniş imkanlar var. AMEA-da bir sıra sanballı elmi nəşrlərin işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli “AMEA-nın məruzələri” jurnalının bir sayının Albaniyanın tarixi, coğrafiyası, mədəniyyəti və s. həsr olunmasını, eyni zamanda Albaniya Elmlər Akademiyasının nəşrlərindən birinin bir sayının ölkəmizə həsr olunmasını təklif edib.
Akademik İsa Həbibbəyli anlaşma memorandumunun akademiyalarımız arasında qarşılıqlı əməkdaşlıq və gələcək birgə layihələr üçün geniş perspektivlər açacağını vurğulayıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










