Bala Bəhmənli Kənd Tarix-diyarşünaslıq muzeyi 2003-cü ildə Bala Bəhmənli kənd sakini Əsədov Elçin İbadulla oğlu tərəfindən yaradılıb. Muzey 2006-cı ilə qədər Elçin Əsədovun şəxsi muzeyi kimi fəaliyyət göstərib. Muzeydə 1000-ə yaxın tarixi eksponat sərgilənir. Eksponatların 90 %-i Elçin Əsədov, 10 %-i isə yerli əhali tərəfindən toplanmışdır.
Elçin Əsədovun müraciətini və toplanılmış kolleksiyaların Azərbaycan tarixi üçün əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev 19 iyun 2006-cı il tarixdə “Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialının yaradılması haqqında” 247 saylı əmri imzalayır. Əmrdə deyilir ki, Füzuli rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək rayonun Bala Bəhmənli kənd sakini, mədəniyyət evinin metodisti Əsədov Elçin İbadulla oğlu tərəfindən təşəbbüs göstərilərək muzey təşkil edildiyi bildirilmiş və ona dövlət statusu verilməsini xahiş etmişdir. Toplanmış kolleksiya həqiqətən də Azərbaycan tarixinə və mədəniyyətinə aid çox sayda nadir əşyalardan ibarətdir. Əmrdə qeyd olunur ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin beşinci hissəsini rəhbər tutaraq, habelə bu muzeyin əşyalarının cəbhə bölgəsində etibarlı mühafizəsini təmin etmək məqsədi ilə bir iyul 2006-cı il tarixdən Füzuli Tarix-Diyarşünaslıq muzeyinin Bala Bəhmənli Kənd filialı yaradılsın.
Əlavə edək ki, adıçəkilən muzey Qarabağ ərazisində işğaldan sonra yaradılan birinci muzeydir.
Bu gün faktiki olaraq fəaliyyətdə olan muzeylərdən yalnız Bala Bəhmənli Kənd Tarix-diyaşünaslıq Muzeyinin internet resursu yaradılmış və mütəmadi olaraq muzeyin əməkdaşları tərəfindən yeniləndirilir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











