
Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına start verib. ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış, konqresmenlərə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, Dövlət Departamentinə, ABŞ prezidentinə və vitse-prezidentinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.
Müraciətdə Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında statistik informasiya və erməni silahlı bölmələri tərəfindən Qaradağlı, Malıbəyli və Quşçular kəndlərində və Xocalı şəhərində törədilmiş vəhşiliklər barədə məlumatlar verilir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsi (822, 853, 874, 884) barədə də məlumat verilir.
ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğınının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı qırğını bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










