Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.
Azərbaycan–Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev AZƏRTAC-a bildirib ki, bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar partiyasının üzvü Bob Bləkmən və Demokratik Unionistlər Partiyasının üzvü Cim Şennondur.
Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anır və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü anan Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik”. Bəyanatda, həmçinin uzunmüddətli sülhün əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.
C.Feyziyev bildirib ki, Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olur.
Bəyanatla https://edm.parliament.uk/early-day-motion/58127 keçidi vasitəsilə tanış olmaq mümkündür.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










